Donald Trampın sərvəti 2,7 milyard dollar artaraq 7 milyarda çatıb
ABŞ Prezidenti Donald Trampın ümumi sərvəti 2024-cü il prezident seçkilərindən sonra kəskin artım nümayiş etdirib.
hadiseler.info xəbər verir ki, “Forbes” jurnalının yenilənmiş hesablamalarına əsasən, Trampın kapitalı 2,7 milyard dollar artaraq 7 milyard dollar səviyyəsinə çatıb.
Nəşrin məlumatına görə, bu nəzərəçarpacaq artım əsasən xarici şirkətlərlə bağlanan gəlirli sövdələşmələr və kriptovalyuta bazarlarındakı uğurlu fəaliyyət hesabına baş verib.
“Forbes” sərvətin artmasını birbaşa biznes fəaliyyəti ilə əlaqələndirsə də, Donald Tramp bu iddiaları təkzib edib. ABŞ lideri sərvətindəki artımın prezidentlik səlahiyyətləri ilə heç bir bağlılığının olmadığını və hazırda bütün biznes imperiyasının övladları tərəfindən idarə edildiyini bildirib.
No Comment! Be the first one.