Qəbiristanlıq sərdabəsindən koronavirus qurbanlarının cəsədləri çıxdı- VİDEO
Rumıniyanın Slatina şəhərində yerləşən qəbiristanlıqlardan birində təmir işləri zamanı dəhşətli faktın üstü açılıb.
hadiseler.info xəbər verir ki, yerli administrasiya sərdabələrdən birini yenidən qurarkən kütləvi məzarlıqla qarşılaşıb.
Qazıntılar zamanı insan sümükləri və COVID-19 pandemiyası dövrünə aid parçalanmamış cəsədlərlə dolu xüsusi kisələr aşkar edilib. Qalıqların üzərində dəfn tarixlərinin göstərildiyi və onların pandemiya vaxtı istifadə edilən tibbi qoruyucu torbalar olduğu müəyyən olunub.
Şəhər meri kimliyi bəlli olmayan meyit qalıqlarının ekspertiza üçün polis orqanlarına təhvil verildiyini bildirib. Məlum olub ki, son 16 il ərzində sözügedən qəbiristanlığı özəl şirkət idarə edib və obyekt yalnız bu yaxınlarda bələdiyyə mülkiyyətinə balansa götürülüb.
No Comment! Be the first one.