Maştağada fərdi evdə partlayış: 2 nəfər xəsarət alıb — VİDEO
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib.
hadiseler.info xəbər verir ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 100 kv.m olan birmərtəbəli fərdi yaşayış evində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub. Partlayış nəticəsində tikiliyə ciddi ziyan dəyib və 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən geniş araşdırma aparılır.
No Comment! Be the first one.