“Fənərbaxça” Bakıya gəlir
Türkiyənin nəhəng klublarından olan “Fənərbaxça” Bakıda yoldaşlıq matçı keçirəcək.
hadiseler.info xəbər verir ki, İstanbul təmsilçisi 3 həftəlik beynəlxalq fasilə zamanı hazırlıq prosesi çərçivəsində “Turan Tovuz”la üz-üzə gələcək.
Türkiyə Super Liqasında “Eyüpspor”a qarşı 8:0 hesablı tarixi qələbə qazanan “Fənərbaxça” ilə “Turan Tovuz” arasında keçiriləcək qarşılaşma oktyabrın 3-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
Matçın biletləri bu gündən etibarən satışa çıxarılacaq.
No Comment! Be the first one.