Ronaldu Portuqaliya millisinin düşərgəsini tərk etdi: “Vaxtı gələndə izah edəcəyəm”
Portuqaliya milli komandasının kapitanı və hücumçusu Kriştianu Ronaldu yığmanın düşərgəsini tərk edib.
hadiseler.info xəbər verir ki, ulduz futbolçu bu barədə sosial şəbəkə hesabında sensasion paylaşım edib.
Ronaldu bildirib ki, bu qərarı Danimarka ilə matçdan əvvəl baş məşqçi Jorje Jezus tərəfindən keçirilən mətbuat konfransındakı çıxışdan və Portuqaliya Futbol Federasiyasının prezidenti ilə söhbətdən sonra qəbul edib:
“Milli komandanın baş məşqçisinin mətbuat konfransından sonra və Portuqaliya Futbol Federasiyasının prezidenti ilə söhbətin nəticəsində milli komandanın düşərgəsini tərk etmək qərarına gəldim. Vaxtı gələndə Portuqaliya xalqına hər zaman milli komandaya özümü tam həsr etməyimə baxmayaraq, nə üçün bu qərarı qəbul etdiyimi izah edəcəyəm. Milli komandanın qalan oyunlarında istisnasız olaraq hər kəsə uğurlar arzulayıram”.
Qeyd edək ki, Portuqaliya millisi Millətlər Liqasının A4 qrupunda 6 xalla liderlik edir və oktyabrın 1-də Danimarka ilə qarşılaşacaq.
No Comment! Be the first one.