FIFA “Fənərbaxça”nın transfer qadağasını LƏĞV ETDİ
FIFA Türkiyənin “Fənərbaxça” klubuna tətbiq etdiyi 3 transfer pəncərəsi müddətinə qoyulan qadağanı rəsmən götürüb.
hadiseler.info “Haber Global”a istinadən xəbər verir ki, bu barədə məlumat ali futbol qurumunun rəsmi saytında yer alıb.
Bildirilib ki, İstanbul təmsilçisi mərakeşli hücumçu Yusuf En-Nesirinin transferi ilə bağlı borc öhdəliyini tam tənzimlədikdən sonra məhdudiyyət ləğv olunub. Bu qərardan sonra “sarı-lacivərdlilər” növbəti transfer pəncərələrində heç bir maneə olmadan heyətinə yeni futbolçular cəlb edə biləcəklər.
No Comment! Be the first one.