Tiflisə qatarla getmək istəyənlərin nəzərinə: YENİ QAYDALAR
Azərbaycan Dəmir Yolları Bakı–Tiflis–Bakı marşrutu üzrə onlayn bilet alışında sərnişinlərin maraqlarını qorumaq və sui-istifadə hallarının qarşısını almaq məqsədilə yeni verifikasiya qaydaları tətbiq etməyə başlayıb.
hadiseler.info xəbər verir ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqindəki şəxsi kabinetlərini mygov ID vasitəsilə verifikasiya etməlidirlər.
Sistemdə FİN kod daxil edildikdən sonra tələb olunan zəruri məlumatlar avtomatik əks olunacaq və bilet almaq üçün verifikasiya prosesinin tamamlanması mütləq şərt hesab olunur.
Xarici ölkə vətəndaşları isə verifikasiyadan keçmək üçün mənsub olduqları ölkənin adını və mobil telefon nömrəsini daxil edərək SMS vasitəsilə göndərilən OTP kodu təsdiqləməlidirlər.
ADY həmçinin bildirib ki, “ADY Mobile” tətbiqində verifikasiyadan rahat keçmək üçün istifadəçilər saat 00:00-dan sonra tətbiqi yeniləməlidirlər.
No Comment! Be the first one.