Dünya çempionatı: Xədicə Qədəşova mübarizəni dayandırıb
Azərbaycan cüdoçusu Xədicə Qədəşova Bakıda keçirilən dünya çempionatında mübarizəni başa vurub.
hadiseler.info xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən 20 yaşlı idmançı 1/32 final mərhələsində Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə üz-üzə gəlib. Rəqibinə uduzan X.Qədəşova yarışla vidalaşıb.
Hazırda digər təmsilçilərimiz Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) mübarizəni davam etdirirlər.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
No Comment! Be the first one.