Rusiya Ukraynada sərnişin avtobuslarını bombaladı: 30 ölü, 18 yaralı
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobuslarına ağır hava zərbəsi endirib.
hadiseler.info xəbər verir ki, hücum nəticəsində 30 nəfər həlak olub, 18 nəfər xəsarət alıb.
Ukrayna Milli Polisinin məlumatına əsasən, yerli vaxtla səhər saat 10:00 (Bakı vaxtı ilə saat 11:00) radələrində Kramatorsk şəhərinə UMPB D-30 SN idarəolunan aviabombası ilə zərbə endirilib. Mərmi şəhər küçələrindən birinə düşüb və həmin vaxt ərazidə hərəkətdə olan iki marşrut avtobusuna ciddi ziyan vurub.
Hadisə yerində dərhal fövqəladə hallar üzrə xidmətlərin əməkdaşları xilasetmə işlərinə başlayıblar.
Təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsini nəzərə alan Donetsk Vilayət Hərbi Administrasiyasının rəisi Vadim Filaşkin Kramatorsk və Slavyansk şəhər hərbi administrasiyalarına ictimai nəqliyyatın fəaliyyətini dayandırmaq barədə göstəriş verib.
No Comment! Be the first one.