Ronaldu Portuqaliya millisindən uzaqlaşdırılıb
Dünya futbolunun canlı əfsanəsi Kriştianu Ronaldu Portuqaliya milli komandasının düşərgəsini icazəsiz tərk etdiyi üçün ciddi sanksiya ilə üz-üzə qalıb.
hadiseler.info xəbər verir ki, Britaniyanın “The Mirror” nəşrinin yaydığı məlumata görə, Portuqaliya Futbol Federasiyası intizam qaydalarını pozduğu üçün təcrübəli hücumçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib.
Qaydalara uyğun olaraq cəza avtomatik qüvvəyə minsə də, federasiyanın Nizam-İntizam Komitəsi sanksiyanın yekun müddətini yaxın günlərdə müəyyənləşdirəcək. Məlumata görə, cəza müddəti 1 aydan 6 aya qədər dəyişə bilər. Əgər komitə ən sərt cəza tədbirini seçərsə, 41 yaşlı ulduz futbolçu milli komandaya yalnız 2027-ci ildə — 42 yaşında qayıda biləcək.
Qeyd edək ki, skandalın yaşanmasına səbəb Kriştianu Ronaldunun baş məşqçi Jorji Jezuş ilə aralarında yaranan narazılıq və fikir ayrılığı olub. Məhz bu münaqişədən sonra futbolçu komandanın toplanışını gözlənilmədən tərk edib.
No Comment! Be the first one.