İsrailin müdafiə nazirindən HƏMAS liderinə ölüm təhdidi
İsrailin müdafiə naziri İsrail Katz HƏMAS rəhbərliyinə qarşı növbəti kəskin bəyanatla çıxış edib.
hadiseler.info xəbər verir ki, İsrail Katz özünün “X” sosial şəbəkə hesabında paylaşım edərək HƏMAS rəhbərlərinin hədəf alınacağını bildirib.
O, bəyanatında Türkiyənin mövqeyini tənqid edərək HƏMAS-ın Qəzzadakı liderlərinin məhv edildiyini xatırladıb: “Biz HƏMAS-ın Qəzzadakı liderlərini məhv etdik. Xəlil əl-Həyyanın da növbəsi gələcək və o, Haniyə və tərəfdarları ilə birlikdə cəhənnəmin dərinliklərinə göndəriləcək”, – deyə nazir qeyd edib.
Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyə 2024-cü il iyulun 31-də Tehranda həyata keçirilən raket zərbəsi nəticəsində öldürülüb.
No Comment! Be the first one.