“İstəsək, İranı ələ keçirə bilərik” – Trampdan SƏRT BƏYANAT
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki gərginlik və İranın hərbi-iqtisadi imkanları ilə bağlı jurnalistlərə növbəti səs-küylü açıqlamasını verib.
hadiseler.info xəbər verir ki, Ağ Ev rəhbəri İranın hazırda ciddi hərbi və ya strateji addımlar atmaq gücündə olmadığını iddia edib.
Ölkəsinin regiondakı mütləq üstünlüyünü vurğulayan ABŞ Prezidenti kəskin ifadələrdən istifadə edib:
“İran hazırda çox şey etməyə qadir deyil. İstəsək, onun bütün neftini, hətta bütün ölkəni ələ keçirə bilərik. Bildiyiniz kimi, Hörmüz boğazı tamamilə bizim nəzarətimizdədir.”
Ağ Ev rəhbərinin bu kəskin bəyanatı beynəlxalq aləmdə və Yaxın Şərq regionunda diplomatik gərginliyi artırıb. Məsələ ilə bağlı rəsmi Tehranın verəcəyi cavab maraqla gözlənilir.
No Comment! Be the first one.