IV Şuşa Qlobal Media Forumu işə başlayır
Bu gün IV Şuşa Qlobal Media Forumu öz işinə başlayır.
“Report”un məlumatına görə, iki gün davam edəcək forum bu il “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunub.
Tədbirdə dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Forum çərçivəsində 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox nüfuzlu media qurumu, həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkət təmsil olunacaq.
Forumun proqramına medianın sülhün qurulmasındakı rolu, sərhədlərarası media əməkdaşlığı, ictimai etimadın bərpası, dezinformasiyaya qarşı beynəlxalq mübarizə, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin formalaşdırılması, eləcə də süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika mövzularında panel müzakirələri, interaktiv sessiyalar və ikitərəfli görüşlər daxildir.
Tədbirin əsas məqsədi media sahəsində məsuliyyətli yanaşmanın təşviqi, cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsi, rəqəmsal əməkdaşlığın inkişafı və sülhün bərqərar olmasına töhfə verəcək praktik təşəbbüslərin müzakirəsidir.
No Comment! Be the first one.