Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında civəli termometr bərpa edildi – FOTO
Paytaxt sakinlərin dəfələrlə etdiyi müraciətlər nəzərə alınaraq Bakının tanınmış tarixi simvollarından biri yenidən yerinə qaytarılıb.
hadiseler.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) binasının qarşısında yerləşən civəli termometr tam bərpa olunub.
Məlumat üçün bildirək ki, həmin məkanda civəli termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər boyunca paytaxt sakinləri üçün şəhərin unudulmaz elementlərindən birinə çevrilib. Müstəqillik illərində də öz yerini qoruyan termometr sonrakı dövrlərdə ərazidən götürülmüşdü.
Bu bərpa addımı yalnız nostalji xarakter daşımır, həm də Bakının şəhər yaddaşının qorunması və keçmişin rəmzlərinin müasir şəhər mühitinə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Yay mövsümündə isti havanın hökm sürdüyü Bakıda tarixi termometrin yenidən quraşdırılması sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

No Comment! Be the first one.