İsrail ordusu Qəzzanın polis rəisini hədəf aldı: Həlak olan və yaralananlar var
İsrail ordusu Qəzza şəhərində növbəti hava zərbəsini həyata keçirib.
hadiseler.info xarici TRT Haber-ə istinadən xəbər verir ki, hücum zamanı Qəzza şəhərinin Rəşid küçəsində Qəzza Polis Müdiri Cəmal Əbu Kəmilin idarə etdiyi avtomobil hədəf alınıb.
Hadisə nəticəsində Polis Müdiri Cəmal Əbu Kəmil həyatını itirib, avtomobildə və ətrafda olan bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə cəlb olunan mülki müdafiə qüvvələri zərbə nəticəsində nəqliyyat vasitəsində yaranan güclü yanğını söndürməyə çalışıblar.








No Comment! Be the first one.