Erlinq Haalanddan eyni vaxtda 4 rekord
“Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haaland karyerasında əldə etdiyi möhtəşəm göstəricilərə görə eyni anda dörd fərqli nominasiya üzrə “Ginnesin Rekordlar Kitabı”na adını yazdırıb.
hadiseler.info xəbər verir ki, norveçli qol silahının rəsmi olaraq qeydə alınan rekordları aşağıdakılardır:
UEFA Millətlər Liqasının mütləq bombardiri: Turnir çərçivəsində rəqib qapılarına 19 qol vuraraq yarış tarixinə düşüb.
İngiltərə Premyer Liqasında (EPL) ən cəld 100 qola çatan oyunçu: Haaland 100 qolluq həddi cəmi 111 qarşılaşmada geridə qoyub.
38 turluq EPL mövsümündə ən çox qol vuran futbolçu: Norveçli hücumçu bir çempionat mövsümünü 36 qolla tamamlayaraq rekordu yeniləyib.
Çempionlar Liqasında bir matçda 5 qol vuran nadir hücumçu: Tarixdə yalnız Lionel Messi və Luis Adrianonun bacardığı bu göstəricini Haaland da təkrarlamağı bacarıb.
Qeyd edək ki, Erlinq Haaland 2022-ci ilin yay transfer pəncərəsində “Mançester Siti”yə qoşulub. O, “şəhərlilər”in heyətində keçirdiyi 198 rəsmi oyunda 162 dəfə fərqlənib. Norveçli ulduz Mançester təmsilçisi ilə 2 dəfə Premyer Liqa çempionluğu yaşayıb, 1 dəfə isə UEFA Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb.
No Comment! Be the first one.