NATO Latviya üzərindəki naməlum PUA-nı zərərsizləşdirdi
NATO-ya məxsus qırıcı təyyarələr Latviya hava məkanına daxil olan naməlum pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
hadiseler.info xəbər verir ki, bu barədə Şimali Atlantik Alyansının rəsmi nümayəndəsi mətbuata açıqlamasında bildirib.
“NATO qırıcıları Latviya səmasında naməlum PUA-nı aşkar edərək ələ keçiriblər”, – deyə alyans rəsmisi vurğulayıb.
Xatırladaq ki, bir qədər əvvəl Latviya Silahlı Qüvvələri də ölkə sərhədləri daxilində tanınmayan PUA-nın dayandırıldığını bəyan etmişdi. Hadisə ilə əlaqədar respublikanın şərq hissəsində yerləşən 4 bələdiyyə ərazisində hava həyəcanı siqnalı verilib və bu həyəcan təxminən yarım saat davam edib.
No Comment! Be the first one.