Güclü leysan Tbilisini iflic etdi:Sakinlər təxliyə olundu
Gürcüstanın paytaxtı Tbilisidə baş verən güclü leysan yağışları şəhərdə ciddi fəsadlar törədib, küçələr və infraksruktur su altında qalıb.
hadiseler.info xəbər verir ki, gecə saatlarından başlayan əlverişsiz hava şəraiti nəticəsində avtomobillərin hərəkəti məhdudlaşıb, bir neçə rayonda işıqlar sönüb.
Tbilisi Meriyası məsələ ilə bağlı rəsmi bəyanat yayaraq bildirib ki, daşqınlar nəticəsində küçələr, binaların zirzəmiləri, hətta “Rustaveli” və “Vaja-Pşavela” metro stansiyaları su altında qalıb. Ən çox yağıntı Tamaraişvili prospektinə düşüb.
Saburtalo rayonunda isə fəsadlar daha ağır olub. Çikovani küçəsində qaz kəmərinin zədələnməsi səbəbindən yaxınlıqdakı binanın sakinləri təcili təxliyə edilib. Qaz şəbəkəsində bərpa işləri davam etdirilir.
Hazırda paytaxtın bütün kommunal xidmətləri, Fövqəladə Halların İdarə Edilməsi Xidməti və patrul polisi fövqəladə rejimdə çalışır. Sinoptiklər güclü külək, dolu və leysanla müşayiət olunan hava şəraitinin davam edəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
No Comment! Be the first one.