İrlandiyalı rəqibini üstələyən Məxaçev çempionluq kəmərini saxladı
Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı idmançı İslam Məxaçev Filadelfiyada keçirilən “UFC 330” turnirinin əsas döyüşündə irlandiyalı İen Qerri üzərində qələbə qazanıb.
hadiseler.info xəbər verir ki, beş raundun yekunlarına əsasən hakimlərin yekdil qərarı ilə qələbə rusiyalı döyüşçüyə verilib. Nəticədə 34 yaşlı Məxaçev yarımorta çəkidə UFC çempionu titulunu qorumağı bacarıb.
O, 2025-ci ilin noyabrında Cek Della Maddalenaya qalib gələrək kəmərin sahibi olmuşdu.
Hesabında 29 qələbə və bir məğlubiyyət olan Məxaçev MMA karyerasındakı üstünlüyünü davam etdirir. 17 qələbəsi olan 28 yaşlı Qerri isə karyerasında ikinci məğlubiyyətini alıb.
No Comment! Be the first one.