Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bəlli oldu: Ekoloqlardan rəsmi açıqlama
Böyükşor gölündə suyun yaşıl rəng almasının əsl səbəbləri laboratoriya analizləri nəticəsində tam olaraq müəyyənləşdirilib.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.
Qurumdan bildirilib ki, avqustun 14-də göldə suyun rənginin dəyişməsi ilə bağlı xüsusi su nümunələri götürülərək laboratoriya şəraitində araşdırılıb. Aparılan tədqiqatlar nəticəsində suyun kəskin iyli, yaşıl rəngli, qatı və çətin çökən maddə formasına düşdüyü aşkarlanıb.
Götürülən sualtı nümunələrin mikroskopik analizi zamanı suda intensiv şəkildə göy-yaşıl yosunların (sianobakteriyaların) inkişaf etdiyi müşahidə olunub. Mövsümi hava temperaturunun həddən artıq yüksəlməsi və suda biogen elementlərin (azot və fosfor) miqdarının artması təbii biokimyəvi prosesləri sürətləndirərək bu bakteriyaların kəskin şəkildə çoxalmasına şərait yaradıb.
No Comment! Be the first one.