Rusiyanın elektron ticarət nəhəngi “Wildberries” dron zərbəsi ilə vuruldu
Ukrayna və Rusiya arasında qarşılıqlı hava hücumlarının kəskin intensivləşməsi fonunda Moskva ərazisi kütləvi pilotsuz uçuş aparatlarının (PUA) hədəfi olub.
hadiseler.info “bfmtv.com” saytına istinadən xəbər verir ki, Moskva meri Sergey Sobyanin gecə saatlarında paytaxt regionuna azı 620 dronla hücum edildiyini açıqlayıb.
Rəsmi məlumata görə, həmin PUA-lardan 180-i Moskva vilayəti səmasında vurularaq zərərsizləşdirilib. Hücum nəticəsində 10 yaşlı uşaq da daxil olmaqla 3 dinc sakinin yaralandığı bildirilir. S.Sobyanin vurğulayıb ki, PUA-lardan biri Rusiyanın ən böyük elektron ticarət platforması olan “Wildberries” şirkətinə məxsus anbara düşərək nəhəng logistika kompleksinə ciddi ziyan vurub.
Qeyd edək ki, son həftələrdə hər iki tərəfin hava zərbələrini artırması mülki itkilərin yüksəlməsinə gətirib çıxarıb. Ötən həftənin bazar günü PUA hücumları nəticəsində Rusiyada 12, Ukraynada isə 7 nəfər həlak olub.
No Comment! Be the first one.