Əhaliyə 1 milyard manatdan çox müavinət və təqaüd ödəndi
Bu ilin yanvar-iyul aylarında 1 milyon 68 min şəxsə ümumilikdə 1 milyard 314 milyon manat müavinət və Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü verilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı göstəricilərə görə, ödənişlərin bölgüsü aşağıdakı kimidir:
Müavinət: 505 min nəfərə 738 milyon manat
Prezident təqaüdü: 405 min nəfərə 474 milyon manat
Sosial sığorta hesabına müavinət: 158 min nəfərə 102 milyon manat
Ayrılan vəsaitin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə müavinətlər üzrə 13%, Prezident təqaüdləri üzrə 14%, sosial sığorta hesabına müavinətlər üzrə isə 8% artıb.
Rəsmi məlumata əsasən, bu ilin 7 ayında 86 min, elektron təyinat sisteminin tətbiq edildiyi 2019-cu ildən bəri isə ümumilikdə 966 min müavinət və təqaüd təyinatı proaktiv qaydada, e-sistem üzərindən icra olunub.
No Comment! Be the first one.