Suriyada istilik elektrik stansiyasında partlayış: 3 ölü
Suriyanın Tartus əyalətində istilik elektrik stansiyasında (İES) baş verən partlayış nəticəsində üç nəfər həyatını itirib.
hadiseler.info SANA agentliyinə istinadən xəbər verir ki, hadisə Baniyas şəhərində yerləşən stansiyada səhər saatlarında qeydə alınıb.
Tartus əyalətinin Səhiyyə İdarəsinin məlumatına görə, partlayış obyektdə təmir işləri aparılan zaman baş verib. Həyatını itirən şəxslər şirkətin əməkdaşlarıdır. Hadisənin dəqiq başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
No Comment! Be the first one.