Mərkəzi Afrikada qızıl mədəni çökdü: 100-dən çox ölü var
Mərkəzi Afrika Respublikasında qızıl mədəninin çökməsi kütləvi insan tələfatına səbəb olub.
hadiseler.info xəbər verir ki, ənənəvi üsullarla işlədilən mədəndə baş verən çökmə və ardınca yaranan torpaq sürüşməsi nəticəsində azı 107 nəfər həyatını itirib.
Dağıntılar altından indiyədək 107 nəfərin meyiti çıxarılsa da, axtarış-xilasetmə işləri davam edir və ölənlərin sayının artacağı gözlənilir. Qeyd edək ki, ölkədə təhlükəsizlik qaydalarına əməl edilməyən qeyri-rəsmi mədənlərdə bu tür qəzalar tez-tez təkrarlanır.
No Comment! Be the first one.