Bu il 24 mindən çox şəxsə avtomatik pensiya təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin yanvar-iyul ayları üzrə pensiya statistikasını təqdim edib.
hadiseler.info nazirliyə istinadən xəbər verir ki, ilin ilk 7 ayı ərzində 24,6 min nəfərə proaktiv (avtomatik) qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin olunub. Avtomatik pensiya təyin edilən şəxslərin 56,8%-i kişilərin, 43,2%-i isə qadınların payına düşür.
No Comment! Be the first one.