Nigeriyada qayıq aşıb, 40-a yaxın uşaq həyatını itirdi
Nigeriyanın Sokoto ştatında sərnişin qayığının aşması nəticəsində kütləvi ölüm faktı qeydə alınıb.
hadiseler.info xəbər verir ki, Nigeriyanın Milli Daxili Su Yolları İdarəsinin məlumatına əsasən, göyərtəsində 70-dən çox insanın olduğu qayıq yola düşdükdən az sonra aşıb. Sərnişinlərin əksəriyyətinin 10–15 yaşlarında uşaqlar olduğu bildirilir.
Axtarış-xilasetmə tədbirləri çərçivəsində hazırda 40-a yaxın cəsəd sudan çıxarılıb, 6 nəfər isə xilas edilib. İlkin ehtimallara görə, faciəyə qayığın həddindən artıq yüklənməsi səbəb olub. Ərazidə axtarışlar davam etdirilir.
No Comment! Be the first one.