“Tesla” Çindən 3 milyona yaxın elektromobili geri çağırır
Amerikanın “Tesla” şirkəti təhlükəsizlik problemləri ilə əlaqədar Çin bazarından təxminən 3 milyon elektromobilini geri çağırır.
hadiseler.info Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsinə istinadən xəbər verir ki, qərar ölkə daxilində istehsal olunan “Model 3” və “Model Y”, eləcə də idxal edilən “Model X” və “Model S” modellərinə şamil olunur.
Geriçağırılmaya əsas səbəb mexaniki qapı tutacaqlarının salonla eyni rəngdə olması ucbatından qəza zamanı çətin tapılması, həmçinin avtopilot rejimində sürücü diqqətinə nəzarət sisteminin təkmilləşdirilməsi zərurətidir. Şirkət tutacaqlara xüsusi rəngli stikerlər yapışdırmaqla və proqram təminatını yeniləməklə problemi həll etməyi planlaşdırır. Bu, “Tesla”nın Çin bazarındakı fəaliyyəti dövründə ən böyük geriçağırılma kütləsidir.
No Comment! Be the first one.