ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimləri ləğv etdi
ABŞ Yaxın Şərqdə yaranan gərgin vəziyyətlə əlaqədar Cənubi Koreya ilə birgə keçirilməsi nəzərdə tutulan “Ssangyong” (Əkiz Əjdahalar) amfibiya desant təlimlərini ləğv edib.
hadiseler.info BBC-yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Dəniz Piyadaları Korpusunun nümayəndəsi Han Sonq-ceonq rəsmi açıqlama verib.
Nümayəndənin sözlərinə görə, ABŞ Dəniz Piyadaları Korpusu Yaxın Şərqdəki mövcud şəraitlə əlaqədar hərbi qüvvələrin yenidən bölüşdürülməsi və istifadəsinə məhdudiyyətlər qoyulduğu barədə qarşı tərəfi bilgiləndirib. Təlimlərin gələcəkdə bərpası məsələsi üzrə iki ölkə arasında məsləhətləşmələr davam etdirilir.
Qeyd edək ki, diviziya səviyyəli bu iri miqyaslı manevrlərin iki ildən bir keçirilməsi ənənə halını alıb və növbəti təlim sentyabr ayına planlaşdırılmışdı.
No Comment! Be the first one.