Robert Koçaryanın saxlanılmasının görüntüləri yayıldı – VİDEO
Ermənistanın sabiq prezidenti Robert Koçaryan və onun oğlu Sedrakın saxlanılma anını əks etdirən görüntülər ictimaiyyətə təqdim olunub.
hadiseler.info xəbər verir ki, sözügedən kadrlar Ermənistanın Antikorrupsiya Komitəsi tərəfindən yayımlanıb. Müxalif “Ermənistan” (“Hayastan”) fraksiyasının deputatı Aqnessa Xamoyanın verdiyi məlumata görə, sabiq dövlət başçısı səhər saatlarında Antikorrupsiya Komitəsinə aparıldıqdan sonra ölkənin Milli Təhlükəsizlik Xidmətinə (MTX) gətirilib.
Əməliyyat çərçivəsində vergi xidməti Koçaryanlar ailəsinə məxsus “Toyota” avtomobil salonunu möhürləyib. Eyni zamanda “Orange fitness” idman kompleksində də istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, bundan əvvəl hüquq-mühafizə orqanları sabiq prezidentin digər oğlu, deputat Levon Koçaryanın evində də axtarışlar aparıblar.
No Comment! Be the first one.