Peskov yeni səfərbərlik iddialarını təkzib etdi
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə yeni səfərbərlik dalğasının başlayacağı ilə bağlı yayılan iddialara reaksiyasını bildirib.
hadiseler.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Kreml nümayəndəsi bu cür məlumatları qətiyyətlə təkzib edib.
Peskov bu xəbərlərin informasiya məkanına qəsdən ötürüldüyünü vurğulayaraq bildirib ki, sözügedən iddialar Rusiyada daxili sabitliyi və vəziyyəti ideoloji baxımdan pozmaq məqsədi daşıyır.
Qeyd edək ki, son həftələrdə sosial şəbəkələrdə və bəzi media resurslarında Rusiyada növbəti hərbi səfərbərliyin elan olunacağı ilə bağlı şayiələr yayılmaqda idi.
No Comment! Be the first one.