Sabahın temperatur 32 dərəcəyə çatacaq
Avqustun 26-da ölkə ərazisində gözlənilən hava şəraiti elan olunub.
hadiseler.info Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində arabir güclənən şimal küləyi hakim olacaq.
Havanın temperaturu gecə 22-26° isti, gündüz isə 29-32° isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər dağlıq ərazilərdə arabir duman müşahidələri gözlənilir.
Rayonlarda havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlıq bölgələrdə isə gecə 15-20° isti, gündüz 22-27° isti olacaq.
No Comment! Be the first one.