Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu
Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kollecinə rəhbər təyinatı olub.
hadiseler.info Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, Natəvan Həsənova təhsil müəssisəsinin yeni direktoru təyin edilib və o, artıq kollektivə təqdim olunub.
Qeyd edək ki, N.Həsənova Azərbaycan Milli Konservatoriyasında “Qanun” ixtisası üzrə bakalavriat və magistratura pillələrini fərqlənmə diplomu ilə bitirib. Daha sonra dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
O, 2004-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrində, 2007-ci ildən isə Milli Konservatoriyada pedaqoji fəaliyyətlə məşğuldur. 2015-ci ildə ABŞ-ın Nyu-York şəhərindəki “Carnegie Hall” səhnəsində keçirilən müsabiqədə 1-ci yerə layiq görülüb.
No Comment! Be the first one.