Ermənistan hökumətinin yeni proqramı təsdiqləndi
Ermənistan Milli Məclisi hökumətin 2026–2031-ci illəri əhatə edən fəaliyyət proqramını qəbul edib.
hadiseler.info xəbər verir ki, səsvermə zamanı hakim “Vətəndaş Müqaviləsi” Partiyasının 63 deputatı sənədin lehinə səs verib, “Güclü Ermənistan” fraksiyasının 24 üzvü əleyhinə çıxış edib. Digər müxalifət fraksiyası olan “Ermənistan” isə səsvermə prosesini boykot edib.
Beşillik proqramda Azərbaycanla rəsmi sülh sazişinin imzalanması, Türkiyə ilə münasibətlərin normallaşdırılması, Aİ, ABŞ, İran və Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi, həmçinin Rusiya ilə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur. Sənədə əsasən, Ermənistan ordusu beynəlxalq missiyalar istisna olmaqla, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda yerləşdirilməyəcək.
Energetika sahəsində 2027-ci ilin sonunadək yeni nüvə elektrik stansiyası üçün texnologiyanın seçilməsi, 2040-cı ilədək isə günəş və külək enerjisinin ümumi gücünün 2 min MVt-a çatdırılması hədəflənir.
Proqramın müzakirəsi zamanı Baş nazir Nikol Paşinyan müxalifətə xəbərdarlıq edərək, keçmiş hakimiyyəti təmsil edən liderlərin “oğurlanmış əmlakı geri qaytarmalı olacaqlarını” bəyan edib.
No Comment! Be the first one.