İslamabadda dəhşətli yanğın: 14 körpə yanaraq həlak olub-VİDEO
Pakistanın paytaxtı İslamabadda yerləşən Pakistan Tibb Elmləri İnstitutunun ginekologiya şöbəsində ağır faciə baş verib.
hadiseler.info xəbər verir ki, “Geo News” televiziya kanalının məlumatına görə, doğum şöbəsində baş verən yanğın nəticəsində ən azı 14 yenidoğulmuş körpə həyatını itirib.
İlkin məlumatlara əsasən, dəhşətli yanğına ginekologiya şöbəsində yerləşən kondisionerin kompressorunun partlaması səbəb olub. Hadisə yerinə dərhal xilasetmə qüvvələri cəlb olunub və yanğının söndürülüb.
No Comment! Be the first one.