Rusiya“Xortitsa” zavodunu bombaladı
Rusiya Zaporojye şəhərində yerləşən məşhur “Xortitsa” spirtli içki zavoduna raket zərbələri endirib.
hadiseler.info xəbər verir ki, müəssisəyə 4 dəfə zərbə dəyməsi nəticəsində zavodda azı 3 saat yanğın baş verib. Zavodun mənsub olduğu “Global Spirits” şirkətindən bildirilib ki, binaya dəyən ciddi ziyan səbəbindən müəssisənin bərpası qeyri-mümkündür.
Hücum nəticəsində aksiz rüsumu ödənilmiş 3-4 milyon şüşə hazır məhsul məhv olub. İçkilərin bir hissəsi yanaraq külə dönüb, digər hissəsi isə ərinti halına düşdüyündən utilizasiya edilir. Zararın dəqiq məbləği hələ ki açıqlanmayıb.
No Comment! Be the first one.