İsrail hərbçiləri Qəzzada “Nuhba”nın komandirini və HƏMAS yaraqlısını zərərsizləşdirib
İsrail Müdafiə Ordusu Qəzza zolağının şimalında HƏMAS-ın “Nuhba” xüsusi təyinatlı qüvvələrinin komandirini və bir yaraqlısını zərərsizləşdirib.
hadiseler.info xəbər verir ki, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 7 oktyabr 2023-cü ildə İsrailə hücumlarda iştirak edən “Nuhba” komandiri Əbdül-Fəttah Əbu əl-Əiş və HƏMAS-ın hərbi qanadının əməliyyatçısı Raed Adel Alyan Cabaliyədə həyata keçirilən zərbə zamanı məhv edilib. İsrail hərbçiləri bildirib ki, həmin şəxslər hərbçilərə və mülki əhaliyə hücumlar təşkil edərək atəşkəsi sistematik şəkildə pozublar.
No Comment! Be the first one.