İrana görə Misir Bankının BƏƏ-dəki filiallarında xüsusi araşdırma başladı
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı ABŞ-nin İranla əlaqələr barədə ittihamlarından sonra ölkədə fəaliyyət göstərən “Banque Misr” bankının filialları ilə bağlı təcili araşdırmaya başlayıb.
hadiseler.info xəbər verir ki, BƏƏ Mərkəzi Bankının açıqlamasına görə, araşdırma ABŞ hakimiyyətinin qeyd etdiyi dövr ərzində həyata keçirilmiş maliyyə əməliyyatlarını əhatə edəcək.
ABŞ Maliyyə Nazirliyi Misir Bankının BƏƏ filiallarını İran hökumətinin ABŞ dollarına çıxışını təmin edən mühüm mərkəzlərdən biri kimi qiymətləndirib. ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü ilin yanvarından 2026-cı ilin iyununa qədər həmin filiallar İranın kölgə bank şəbəkəsinə daxil olan 103 şirkət üçün təxminən 1,8 milyard dollar həcmində əməliyyat həyata keçirib.
No Comment! Be the first one.