Çexiyada təyyarə qəzası: Pilot həlak oldu-VİDEO
Çexiyada dəhşətli aviasiya qəzası baş verib.
hadiseler.info “Idnes” xəbər portalına istinadən xəbər verir ki, hadisə Vşen qəsəbəsi yaxınlığında qeydə alınıb.
Məlumata görə, ikinəfərlik ultrayüngül mühərrikli təyyarə aerodromdan havaya qalxdıqdan təxminən 10 saniyə sonra yerə çırpılıb. Qəza nəticəsində təyyarə dərhal alovlanıb. Təyyarədə tək olan pilot aldığı xəsarətlərdən həyatını itirib.
Hazırda hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
No Comment! Be the first one.