İstanbulda fabrikdə güclü yanğın baş verib- VİDEO
Türkiyənin İstanbul şəhərində yerləşən sanaye sahəsindəki fabrikdə yanğın qeydə alınıb.
hadiseler.info xəbər verir ki, hadisə Tuzla rayonunun Orhanlı Dəri Sənaye Bölgəsində yerləşən fabrikdə meydana gəlib. Saat 10:30 radələrində naməlum səbəbdən başlayan yanğının söndürülməsi üçün əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib.
Hazırda alovun söndürülməsi və qarşısının alınması istiqamətində işlər davam etdirilir.
No Comment! Be the first one.