Azərbaycan cüdoçusu Ayxan Mirzəzadə Avropa çempionu oldu
Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatında Azərbaycan idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
hadiseler.info Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Mirzəzadə həlledici qarşılaşmada Fransa təmsilçisi Lüsyen Tiksyeyə qalib gələrək qızıl medalın sahibi olub.
Qeyd edək ki, Azərbaycan bu Avropa çempionatında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur.
No Comment! Be the first one.