Ermənistanın keçmiş nəqliyyat və rabitə nazirinin həbs müddəti UZADILDI
Ermənistanın keçmiş nəqliyyat və rabitə naziri, İrəvanın eks-meri Qaqik Beqlaryanın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb.
hadiseler.info xəbər verir ki, “Armenpress”in yaydığı məlumata görə, sabiq məmur iyunun 5-dən bəri həbsdə saxlanılır.
Eks-nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasında təqsirləndirilir.
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına əsasən, Qaqik Beqlaryan 2004–2010-cu illərdə İrəvanın Kentron icmasının rəhbəri və şəhər meri vəzifələrində çalışarkən səlahiyyətlərini aşaraq ümumi dəyəri 2 milyard 327 milyon dram (təxminən 11 milyon AZN) olan 27 daşınmaz əmlakı qanunsuz olaraq özünün və ya yaxın şəxslərinin mülkiyyətinə keçirməkdə, daha sonra isə həmin əmlakları leqallaşdırmaqda ittiham olunur.
No Comment! Be the first one.