“Sabah”ın “Barselona” ilə oynayacağı matçın stadionu bəlli oldu
Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində Bakıda keçirəcəyi ev oyunlarının stadionu müəyyənləşib.
hadiseler.info xəbər verir ki, Masazır təmsilçisi ev görüşlərini 68 700 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçirəcək. “Sabah” doğma meydanda İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya Dortmund”, Çexiyanın “Slaviya Praqa” və İtaliyanın “Napoli” klublarını qəbul edəcək.
Bakıda keçiriləcək oyunların təqvimi aşağıdakı kimi müəyyənləşib:
13 oktyabr (20:45): “Sabah” – “Slaviya Praqa”
20 oktyabr (20:45): “Sabah” – “Borussiya Dortmund”
25 noyabr (21:45): “Sabah” – “Barselona”
20 yanvar 2027 (21:45): “Sabah” – “Napoli”
Qeyd edək ki, “Sabah” liqa mərhələsi çərçivəsində səfərdə “Mançester Yunayted”, “Vilyarreal”, “Vikinq” və “Arsenal” klubları ilə qarşılaşacaq.
No Comment! Be the first one.