İstanbulda oteldə yanğın: 12 nəfər xəsarət alıb- VİDEO
İstanbulun Bakırköy rayonunda yerləşən oteldə baş verən yanğın nəticəsində 12 nəfər yaralanıb.
hadiseler.info DHA-ya istinadən xəbər verir ki, hadisə Cevizlik Mahallesi, Muhasebeci Küçəsində yerləşən 6 mərtəbəli otelin birinci mərtəbəsində hələlik məlum olmayan səbəbdən qeydə alınıb. Kısa müddətdə böyüyən və üst mərtəbələrə keçən alov binanın xarici fasadını bürüyüb.
Hadisə yerinə dərhal yanğınsöndürmə, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yuxarı mərtəbələrdə mahsur qalan 7 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Yanğında xəsarət alan 12 nəfərə təcili tibbi yardım maşınlarında ilkin yardım göstərildikdən sonra xəstəxanaya sevk olunublar.
Yanğın təxminən bir saat davam edən müdaxilədən sonra kontrol altına alınaraq söndürülüb.
No Comment! Be the first one.