ABŞ-də 16 il sonra ilk: Bir gündə 3 nəfər edam olunacaq
Birləşmiş Ştatlarda ölüm cəzasına məhkum olunmuş üç nəfərin eyni gündə müxtəlif ştatlarda edam edilməsi planlaşdırılır.
hadiseler.info xəbər verir ki, Tennessi, Alabama və Oklahomada cəzaları icra olunacaq Entoni Darrel Hayns, Ceremi Uilyams və Karlos Kuesta-Rodriqezin edamı baş tutarsa, bu, son 16 ildə ABŞ-də bir gündə reallaşan ilk 3 edam kimi tarixə düşəcək.
Məlumat üçün bildirilir ki, 2025-ci ildə ölkədə 47 edam icra olunub ki, bu da 2021-ci illə müqayisədə dörd dəfədən çox artım deməkdir. Ekspertlər bu göstəricini Prezident Donald Trampın siyasəti və ştat qubernatorlarının mövqeyi ilə əlaqələndirirlər. Ştatlar arasında liderliyi isə icra olunan edamların 40 faizinin payına düşdüyü Florida tutur.
No Comment! Be the first one.