ABŞ-də təyyarə qəzası: 4 nəfər həlak olub
ABŞ-nin Alyaska ştatında kiçikmühərrikli təyyarənin suya düşməsi nəticəsində 4 nəfər həyatını itirib.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, “Piper PA-24” tipli təyyarə Ankoric şəhərindən havalandıqdan sonra hələlik məlum olmayan səbəbdən Seldoviya bölgəsində suya aşıb.
Axtarış-xilasetmə tədbirləri zamanı göyərtədə olan 4 nəfərin meyiti sudan çıxarılıb. Qəzanın başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.
No Comment! Be the first one.