ABŞ İranın Qeşm adasına zərbə endirdi
ABŞ hərbçiləri İranın Hörmüz boğazında yerləşən Qeşm adasına zərbə endirib.
hadiseler.info xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) nəşri adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Bildirilib ki, bu hücum son həftələr ərzində ölkəyə qarşı həyata keçirilən məhdud zərbələr silsiləsinin növbəti mərhələsidir.
Həmin zərbələr ABŞ Prezidenti Donald Trampın sülh sazişi ehtimalından danışdığı və noyabrın 3-də keçiriləcək ABŞ aralıq seçkilərinə qədər İrana qarşı heç bir hücumun edilməməsi çağırışını səsləndirdiyi bir vaxta təsadüf edir. Məlumata görə, Vaşinqton artıq bir neçə həftədir ki, İrana qarşı kiçikmiqyaslı zərbələr endirməkdə davam edir və bu hücumlar barədə əvvəlcədən rəsmi açıqlama verməyib.
Bundan əvvəl İran mediası Hörmüz boğazındakı Qeşm adasında bir neçə partlayışın baş verdiyini xəbər vermişdi. Qeyd edək ki, strateji əhəmiyyətə malik Hörmüz boğazının girişində yerləşən bu ada böyük bir yeraltı raket bazası və dəniz suyunu şirinləşdirən zavoda ev sahibliyi edir. İki ölkə arasında davam edən gərginlik fonunda Donald Tramp daha əvvəl aralıq seçkilərindən sonra hərbi əməliyyatların yenidən alovlana biləcəyinə işarə etmişdi.
No Comment! Be the first one.