ABŞ Yaxın Şərqdən təxliyə edilən diplomatlarını geri qaytarır
ABŞ Dövlət Departamenti İrana qarşı hərbi əməliyyatlar öncəsi və müharibə dövründə Yaxın Şərqdən təxliyə olunmuş diplomatik heyətin regiona qaytarılması üçün hazırlıqlara başlayıb.
hadiseler.info xəbər verir ki, bu barədə “New York Times” qəzeti daxili sənədlərə istinadən məlumat yayıb.
Qeyd olunur ki, diplomatların mərhələli şəkildə geri dönməsi və fövqəladə rejim məhdudiyyətlərinin yumşaldılması artıq bu həftədən etibarən başlaya bilər. Bu addım Vaşinqtonun Yaxın Şərqdə genişmiqyaslı hərbi toqquşmaların yenidən alovlanmayacağına dair gözləntilərinin göstəricisi kimi qiymətləndirilir.
Tərtib edilmiş plana əsasən, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Livandakı diplomatik nümayəndəliklərin 85 faiz, İraq, Küveyt və Bəhreyndəki səfirliklərin isə 75 faizlik kadr heyəti ilə fəaliyyətini bərpa etməsi nəzərdə tutulur. İsrail, İordaniya və Omandakı missiyaların isə tam heyətlə iş rejiminə keçməsi planlaşdırılır.
No Comment! Be the first one.