Afrikada Eboladan ölənlərin sayı 5 mini keçdi
Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyası nəticəsində laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı 5 000-i ötüb.
hadiseler.info xəbər verir ki, bu barədə KDR Səhiyyə Nazirliyinin struktur bölməsi olan Milli İctimai Səhiyyə İnstitutu məlumat yayıb. Məlumata əsasən, virusa yoluxanların ümumi sayı 10 351 nəfərə çatıb, ölüm göstəricisi isə 48.6 faiz təşkil edir.
Mayın ortalarında Uqanda və KDR-də eyni vaxtda başlayan bu epidemiya ölüm hallarının sayına görə Afrika tarixində qeydə alınanlar arasında ikinci ən böyük epidemiya olub. KDR-in səkkiz əyalətində yoluxma ocaqları qeydə alınıb. Uqanda hakimiyyəti iyulun 28-də epidemiyanın başa çatdığını elan etsə də və ÜST avqustun 25-də bunu rəsmi təsdiqləsə də, sonradan vəziyyət yenidən gərginləşib. Belə ki, oktyabrın 6-da Keniyada, oktyabrın 20-də isə Nigeriyada virusa ilk yoluxma faktları aşkarlanıb.
No Comment! Be the first one.