Ağ Evdən İran strategiyasında geri addım: Vaşinqton hədəflərini yumşaldır
ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla bağlı əvvəl bəyan etdiyi sərt hədəflərini tədricən yumşaltdığı müşahid olunur.
hadiseler.info xəbər verir ki, Vaşinqton əvvəlcə Tehranın tam təslim olması, rejim dəyişikliyi və regional qruplaşmalara dəstəyin dayandırılması kimi şərtlər irəli sürsə də, proseslərin uzanması ilə bu tələblər arxa plana keçib.
ABŞ vitse-prezidenti Cey Di Vens müharibənin başa çatması üçün iki əsas şərtin qaldığını bildirib: Körfəzdən dünya bazarına neft-qaz tədarükünün kəsilməməsi və İranın nüvə silahı əldə etməsinin qarşısının alınması. Ağ Evin mətbuat katibi Karolin Livitt hər iki hədəfin eyni dərəcədə vacib olduğunu vurğulayıb.
Enerji qiymətlərinin sabit tutulmasının birinci dərəcəli məqsəd kimi önə çıxarılması Tramp administrasiyasının daha məhdud nəticələrlə razılaşmağa hazırlaşdığına işarə edir.
No Comment! Be the first one.