Ağ Evdə mətbuat katibi böhranı: Livittin yerinə namizəd tapılmır
ABŞ Prezidenti Donald Trampın mətbuat katibi Kerolayn Livittin vəzifəsindən ayrılacağını açıqlamasından sonra Ağ Evdə ciddi qeyri-müəyyənlik yaranıb.
hadiseler.info “Independent” qəzetinə istinadən xəbər verir ki, Livittin gedişi ABŞ lideri üçün gözlənilməz olduğundan onun yerinə dərhal yeni mətbuat katibinin təyin edilməsi planlaşdırılmır.
ABŞ-də ara seçkilərə üç aydan az vaxt qaldığı bir dövrdə Ağ Evin mətbuat brifinqlərini növbəli şəkildə administrasiyanın yüksəkvəzifəli rəsmiləri aparacaq. Bu missiyanı Vitse-prezident Ceyms Devid Vens, Dövlət katibi Marko Rubio və Maliyyə naziri Skott Bessent icra edəcəklər.
Qeyd edək ki, 28 yaşlı Kerolayn Livitt ailəsinə və uşaqlarına daha çox vaxt ayırmaq məqsədilə bu ayın sonunda vəzifəsindən ayrılacaq.
No Comment! Be the first one.